Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.01.2026 10:50
Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət ediblər
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb. Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 18-də Şəhidlər xiyabanını ziyarət edib. Birinci vitse-prezident Mehriban Əliyeva da sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı paylaşım edib. ൜ Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"- paylaşımda qeyd olunub.
- Baxış: 107
