"Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb" - Prezident İlham Əliyev
Prezident İlham Əliyev yanvarın 13-də Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə azad edilmiş ərazilərdə həyatın bərpası, yaradılan şərait və əhalinin qayıdışı ilə bağlı fikirlərini bölüşüb:
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr, münaqişələr baş verib, bu gün də davam edənlər var, lakin onların heç biri tam və qəti qələbə ilə nəticələnməyib. Biz isə böyük xalq olaraq buna nail olduq — həm də cəmi 44 gün ərzində, daha sonra isə bir günün içində. Şanlı Zəfər yürüşümüzü iki mərhələyə bölərək biz gənclərimizi qoruduq. Çünki əgər 10 noyabr 2020-ci ildə müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verə bilərdik. Xüsusilə Ağdərə, Kəlbəcər və Laçın dağlarında, eləcə də Ağdamın minalanmış ərazilərində ağır itkilər qaçılmaz olardı. Biz bunu istəmədik — övladlarımızı qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək, bütün Qarabağ bizə qaytarılacaq. Biz onu geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam qələbə qazanacağıq".
- Baxış: 78
