Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.01.2026 17:34
Qurban Qurbanov transferlərlə bağlı mövqeyini açıqladı
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov transferlərlə bağlı mövqeyini bildirərkən qeyd edib ki, təkliflər daha çox yerli futbolçulara gəlir və azərbaycanlı oyunçulara marağ xeyli artıb və yanvar ayında isə komandaya futbolçu gəlməyəcəyini və heç kimin ayrılmayacağını düşündüyünü deyib.
Qurban Qurbanov-“Qarabağ”ın baş məşqçisi: “Çox istəyirik ki, komandada bəzi mövqelərdə oyunçu sayını artıraq. Buna ehtiyacımız var. Çünki biz keçən il həddindən artıq çox güc sərf elədik. Əgər bu il boyu belə davam edərsə bizim futbolçuların buna gücü və psixoloji hazırlığı çatmaz. Əgər biz işimizi bu səviyyədə qoruyub saxlamaq istəyiriksə, mütləq bizim bəzi mövqelərimizdə yeni oyunçuların olması vacibdir.”
- Baxış: 107
