Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.01.2026 17:31
Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Polis keçirdiyi əməliyyatla Bakıda zərərçəkəni kəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəl verdiyi 350 manatı tələb edən 32 yaşlı C.Mikayılovu müəyyən edərək saxlayıb.
Digər əməliyyatla isə zərərçəkənin yolun kənarında saxladığı qapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 123
