Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.01.2026 17:48

Bakıda tədris mərkəzi və avtoservisdən oğurluq edən şəxslər saxlanılıb

Bakının Nəsimi rayonunda tədris mərkəzlərinin birindən 4000 manatlıq nağd pul və elektron avadanlıqlarını oğurlamaqda şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Nizami rayonunda yerləşən avtoservislərin birindən isə 500 manat və 1000 manat dəyərində noutbuk oğurlayan, əvvəllər də məhkum olunmuş 43 yaşlı A.Tağıyev də polis tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.