Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.01.2026 17:47
Salyanda və Bakıda avtomobillər toqquşub; ölənlər və xəsarət alanlar var
Salyanın Noxudlu kəndi ərazisində iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində Sabirabad sakinləri - 1965-ci il təvəllüdlü İmanov Vüqar Həsənqulu oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Coşqun Məmmədhüseyn oğlu hadisə yerində ölüb. 1985-ci il təvəllüdlü Məmmədov Mirzağa Həbib oğlu, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Pərvanə Fərhad qızı, 2011-ci il təvəllüdlü Məmmədli Fatimə Mirzağa qızı və 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanov xəsarət alıblar.
Bakının Badamdar qəsəbəsində iki minik maşını toqquşub. Maşınlardan biri piyadanı vuraraq xəstəxanalıq edib.
Faktlarla bağlı araşdırma aprarılır.
- Baxış: 116
