Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.01.2026 15:57

Heydər Əliyev Fondunun vitse-prezidenti Omanda səfərdədir

Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində səfərdədir. Səfər çərçivəsində o, Omanın turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşərək Azərbaycan–Oman əməkdaşlığının, xüsusilə turizm və mədəni irs sahələrində genişləndirilməsi imkanlarını müzakirə edib. Leyla Əliyeva həmçinin Oman Milli Muzeyini və tarixi Mutrah bazarını ziyarət edib, ölkənin zəngin mədəni irsi və ənənələri ilə tanış olub. Səfər çərçivəsində turist axınının artırılması və birgə layihələrin həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olub.