Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.01.2026 15:56
İşğaldan azad edilmiş ərazilərdə reinteqrasiya və köç prosesinə maddi dəstək artırılır
İşğaldan azad edilmiş ərazilərdə reinteqrasiya və köç üçün bu il 42 mln. manat ayrılacaq. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, neft-qaz sahələrində fəaliyyəti olmayan qeyri-dövlət sektorunda çalışan sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması üçün 5 milyon manat nəzərdə tutulub. Həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə aylıq ödənişlərin 20 faizi həcmində maliyyə yardımının verilməsi üçün 2 milyon manat vəsait ayrılması planlaşdırılır.
- Baxış: 125
