Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.01.2026 15:55

Kənd məktəblərinə cəlb olunan müəllimlər üçün vəsait ayrılır

Kənd yerlərində müəllim çatışmazlığının aradan qaldırılması məqsədilə 9,9 mindən çox gənc mütəxəssisin işə cəlbi üçün 20,1 milyon manat vəsait ayrılacaq. Bu vəsait yol xərcləri, əmlakın daşınması, yaşayış, kommunal xidmətlər və kirayə haqqı üzrə kompensasiyaların ödənilməsinə yönəldiləcək. Bundan əlavə, 137 min müəllimin sertifikatlaşma proqramında iştirakı və nəticələrə uyğun əməkhaqqı əlavələrinin verilməsi üçün 212,8 milyon manat xərclənəcək. Məlumatı Maliyyə Nazirliyi yayıb.