Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.12.2025 11:50

Bakıda sərnişin avtobusu ağır qəza etdi - Ölənlər və yaralananlar var. Siyəzəndə isə maşında yanğın olub

Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən 122 saylı avtobus Sahil qəsəbəsi ərazisində qəza edib. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər  Bəşirov Taleh Üzeyir oğlu və Cənnət adlı qadın hadisə yerində ölüb. Hadisə yerində xəsarət alan 9 nəfərə isə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Siyəzəndə 1991-ci il təvəllüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus "VAZ-2107" markalı avtomobildə yanğın baş verib.Avtomobilin konstruksiyaları yanıb, içəridə olan  2023-cü il təvəllüdlü uşaq ölüb.

Araşdırma aparılır.