Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.12.2025 13:51

"Zəngəzur dəhlizi üzrə əsas yollar gələn il istifadəyə veriləcək" - nazir müavini

Zəngəzur dəhlizinin əsas hissələrindən olan Horadiz–Ağbənd dəmir yolu xəttində işlərin 69 faizi tamamlanıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov II Azərbaycan-Türkiyə investisiya forumunda bildirib. Qurum rəsmisi deyib ki, Horadiz–Ağbənd avtomobil yolunun tikintisi isə 95 faiz icra olunub və hər iki yolun gələn ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Nazir müavini qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyə arasında ticarət və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. O, həmçinin Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsinə başlanıldığını, Qars–Naxçıvan dəmir yolunun isə regionda inteqrasiya olunmuş dəmir yolu sisteminin formalaşmasına şərait yaradacağını bildirib. Bu marşrutun ildə 15 milyon tonadək yükdaşıma imkanı verəcəyi vurğulanıb.