Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.12.2025 11:53

AZAL J2-8243 reysinin anımına həsr olunmuş poçt markası çap edib

AZAL və “Azərpoçt”un birgə təşəbbüsü ilə xüsusi poçt markası hazırlanıb. Markanın üzərində sonsuzluq işarəsi və uçuşun nömrəsi əks olunub. Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov deyib. İlham Əmirov qeyd edib ki, bu poçt markası kiçik simvol olsa da, bütün dünyaya yayılacaq və baş vermiş hadisə ilə bağlı insanların məlumatlandırılmasına xidmət edəcək. İlham Əmirov həmçinin qeyd edib ki, ilkin hesabat göstərib ki,Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qroznı hava limanına yaxınlaşan zaman, ona qarşı qeyri-qanuni fiziki müdaxilə baş verib. Onun sözlərinə görə, hazırda bu hadisənin istintaqı davam edir: "Beynəlxalq aviasiya təcrübəsində təyyarə qəzaları ilə bağlı təhqiqatların adətən bir il ərzində yekunlaşdırılması tövsiyə olunur. Çünki burada nəticələr olduqca vacib bir əhəmiyyət daşıyır", - deyə, o əlavə edib.