Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.12.2025 10:08
Dəm qazı yenidən can aldı
Bakının Xırdalan şəhərində bağlı qapı arxasında köməksiz qalan şəxslərlə bağlı FHN-ə daxil olan məlumat əsasında xilasetmə əməliyyatı keçirilib. Üçüncü mərtəbədə yerləşən mənzilin qapısı açılıb, dəm qazından huşsuz vəziyyətdə tapılan 1940-cı il təvəllüdlü Gülxar Əliyeva, 1979-cu il təvəllüdlü Ceyran Həsənova və 2013-cü il təvəllüdlü yeniyetmə oğlan xəstəxanaya yerləşdiriliblər.
Naxçıvanın Babək rayonunun Hacıvar kəndində isə 1996-cı il təvəllüdlü Altay Cəfərov və 1998-ci il təvəllüdlü həyat yoldaşı Səmənnaz Cəfərova dəm qazından boğularaq həyatını itirib.
Göyçayda Mirzəliyeva Lalə İsgəndər qızı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 59
