Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.12.2025 15:30

"Ayntraxt" klubu "Qarabağ"la oyuna azarkeşsiz çıxacaq: UEFA-dan sərt qərar

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Frankfurtun “Ayntraxt” klubunun azarkeşlərinin Çempionlar Liqasında “Qarabağ”la Bakıdakı səfər oyununa qatılmasını qadağan edib. Qərar əvvəlki oyunda azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və stadionda vandalizm törətməsi ilə əlaqədar verilib. UEFA “Ayntraxt” klubunu ümumilikdə 38 min avro məbləğində cərimələyib. “Qarabağ”–“Ayntraxt” oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.