Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.12.2025 15:43
Yüzlərlə vətəndaşın adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib - Baş Prokurorluq
Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub. Bu barədə Baş Prokurorluğun vətəndaşlara müraciətində deyilir. Bildirilib ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər.
- Baxış: 47
