İlham Əliyev: Türk dövlətlərinin güclənən mövqeyi daha çevik əməkdaşlıq tələb edir
Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır. İ.Əliyev vurğulayıb ki, türk dövlətlərinin güclənən qlobal mövqeyi bütün sahələrdə daha çevik əməkdaşlıq mexanizmlərinin yaradılmasını zəruri edir. Çıxışında Qarabağ Zəfərinin türk dünyasının ortaq qüruru olduğu qeyd edən prezident, Zəngəzur dəhlizinin açılmasının əməkdaşlığa yeni imkanlar yaradacağını deyib. Azərbaycan QHT-lər üçün birgə qrant müsabiqələri və yeni layihələrə hazır olduğunu açıqlayıb. Forumun türk dövlətləri arasında birliyin və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib.
- Baxış: 48
