Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.11.2025 15:33
Onlayn qumar oyunları ilə bağlı əməliyyatlar keçirilib, 14 nəfər barəsində tədbir görülüb
Kiberpolis qanunsuz onlayn qumar və mərc oyunlarında aktiv iştirak edən şəxslərə qarşı əməliyyat keçirib. Qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olaraq iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb. DİN bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırır.
- Baxış: 69
