Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.11.2025 13:53
Ordubadda erkən nikahın qarşısı alınıb
Naxçıvan Polisi tərəfindən erkən nikahın qarşısı alınıb. Ordubadda 36 yaşlı şəxslə 17 yaşlı qız arasında planlaşdırılan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb. Erkən nikahın qarşısının alınması məqsədilə tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.
- Baxış: 70
