Bu günə xəbərlərin oxunma sayı: 666
—
19.11.2025 11:57
Çində keçirilən forumda “Orta Dəhliz” üzrə Birgə Təşəbbüs" sənədi imzalanıb
Çində keçirilən Çin–Avropa Dəmir Yolu Ekspresinin II Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Orta Dəhlizin yüksək keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs” sənədi imzalanıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib. Forumda Çin–Avropa marşrutu üzrə yükdaşımaların genişləndirilməsi, Şərq–Qərb nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi və “Kəmər və Yol” təşəbbüsünün inkişafı müzakirə olunub. Forumun sonunda rəqəmsal məlumat mübadiləsi, tarif siyasəti, infrastruktur investisiyaları və “yaşıl logistika”nı əhatə edən “Birgə Təşəbbüs” sənədi qəbul olunub.
- Baxış: 52
