Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.11.2025 13:57
Lahıcda turistlər üçün yeni geniş parking sahəsi inşa olunur
Lahıc Tarix-Mədəniyyət Qoruğunda turist sıxlığını tənzimləmək məqsədilə yeni geniş parking sahəsi yaradılır. Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli bildirib ki, turist axını səbəbindən əraziyə avtomobillərlə giriş məhdudlaşdırılıb və uzun müddətdir park problemi mövcuddur. Yeni sahə sayəsində avtomobillər qoruqdan kənarda saxlanılacaq və piyada hərəkəti rahatlaşacaq. Parking pulsuz modeldə fəaliyyət göstərəcək. Qurum rəsmisi həmçinin Azərbaycanın tarixi-mədəni qoruqlarında yerli sənətkarlığın təşviqi məqsədilə suvenir mağazalarına yeni tələblərin tətbiq olunacağını deyib. M.Ağabəylinin dediyinə görə, son illər xaricdən gətirilən ucuz suvenirlər yerli ustaların fəaliyyətinə mənfi təsir göstərib.
- Baxış: 29
