Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.11.2025 13:55

Bakıda 70 min manat və qızıl əşyaları oğurlayan şəxs saxlanılıb

Bakıda bir evdən 70 min manat nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədlərin olduğu seyfi talamaqda şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid saxlanılıb.O, ev sahibinin mənzildə olmadığı vaxtdan istifadə edərək içəri daxil olub və seyfi oğurlayıb. Hadisə zamanı şübhəlilərin ünvana gəlişi və gedişi təhlükəsizlik kameralarına düşüb.
Faktla bağlı araşdırma davam etdirilir.