Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.11.2025 11:49
"Mercedes"lə toqquşan "QAZel" yandı - Xəsarət alan var
Göyçay rayonunda 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi "Mercedes" və 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi "QAZel" markalı avtomobillər toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb. Qəza zamanı "QAZel"də baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 37
