Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.11.2025 11:47
Tbilisi hava limanında Azərbaycan vətəndaşı narkotiklə saxlanılıb
Gürcüstanda xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə olunması, saxlanılması və ölkəyə gətirilməsində ittiham olunan 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan qadın saxlanılıb. Bu bardə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Tbilisi beynəlxalq hava limanında hüquq-mühafizə orqanı əməkdaşları həmin şəxsin əl yükünə keçirdikləri baxış zamanı tərkibində narkotik vasitə və psixotrop maddə olan həbləri maddi sübut kimi müsadirə ediblər. Faktla bağlı istintaq davam etdirilir.
- Baxış: 33
