Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.11.2025 15:55

Gəncə KOB evi istifadəyə verilmək üzrədir

Gəncə şəhərində KOB evinin yaradılması istiqamətində tədbirlər yekunlaşmaq üzrədir. Qarşıdakı dövrdə “Gəncə KOB evi” bölgədə fəaliyyət göstərən sahibkarların istifadəsinə veriləcək. Qeyd edək ki, KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Bu şəhərlərlə yanaşı, onların yaxınlığında yerləşən bölgələrin sahibkarlarına da xidmət göstərir.