Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.11.2025 15:54

Sabunçu və Nəsimi rayonlarında nəqliyyat vasitələrini qaçıran şəxslər saxlanılıblar

Bakının Sabunçu rayonunda “Geely” markalı avtomobil qaçırmaqda şübhəli bilinən T.Quliyev və E.Rəsulov avtomobillə birgə saxlanılıblar.
Nəsimi rayonu ərazisində isə bir nəfərə məxsus “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən R.Baxşıyev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.
Araşdırmalar aparılır.