Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.11.2025 14:00
ANAMA əməkdaşı Qazaxın kəndində minaya düşüb
Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində mina hadisəsi baș verib. Bu barədə ANAMA məlumat yayıb. Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
- Baxış: 62
