Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.11.2025 17:32
Bakıda anbarda 2 tona yaxın yararsız ət aşkarlanıb, 6 nəfər saxlanılıb
Daxili İşlər Nazirliy və Qida Təhlükəsizliyi Agentliyinin birgə əməliyyatı ilə Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız 2 tona yaxın ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyənlər saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar.
- Baxış: 64
