Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.11.2025 15:53
“Azərsilah”ın zavodunda qəza baş verib, 1 nəfər həlak olub
Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində baş verən istehsalat qəzasında müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
- Baxış: 66
