Ayxan Abbasov: "İslandiya ilə oyunda futbolçularıma güvənirəm"
Azərbaycan millisinin baş məşçisi Ayxan Abbasov futbolçularına güvənir. Bunu yığmanın baş məşqçisi özü dünən mətbuat konfransında deyib. Mütəxəssis İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
Ayxan Abbasov - Azərbaycan millisinin baş məşqçisi: "Bizi gərgin və önəmli oyun gözləyir. Rəqib üçün də vacib matç olacaq. Futbolçularıma inanıram və azarkeşlərimizdən dəstək gözləyirəm. İnanıram ki, bizi tək qoymayacaqlar. İslandiya son görüşlərdə yaxşı təsir bağışlayır. İstəyirik ki, komanda olaraq ilk matçda qeydə alınan 0:5 hesablı məğlubiyyəti yaddan çıxaraq. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün, Bakıda 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək. Millimizə uğurlar arzulayırıq!
- Baxış: 91
