Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.11.2025 11:52

Əcnəbilərin Azərbaycanda əmək fəaliyyətinə cəlb edilməsi üçün portal yaradılıb

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda yüksəkixtisaslı əcnəbilərin əmək fəaliyyətinə cəlb edilməsi məqsədilə yeni portal təqdim edib. www.pass.gov.az ünvanında fəaliyyət göstərən portal vasitəsilə əcnəbilər təhsil, iş təcrübəsi və digər məlumatlarını elektron qaydada təqdim edərək müraciət edə bilərlər. Müsbət cavab alan şəxslərə Azərbaycanda yaşamaq və işləmək üçün bir sıra güzəştlər tətbiq ediləcək. Yeni sistem həm də yerli işəgötürənlərə ehtiyac duyulan sahələr üzrə xarici mütəxəssisləri tapmaq imkanı yaradır. “Yüksəkixtisaslı miqrant proqramı” Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunub.