Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.11.2025 11:50

Avtomobil gətirmək adı ilə dələduzluq edən şəxs barəsində axtarış elan olunub

Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı Sənan Yavər oğlu Əsədzadə barəsində axtarış elan edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onun barəsində ümumi məbləği 412 min ABŞ dolları olan 17 epizod üzrə cinayət işi başlanıb. Sənan Əsədzadə müxtəlif yalan vədlərlə vətəndaşları aldadaraq ölkəni tərk edib. Hazırda istintaq tədbirləri davam etdirilir.