Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.11.2025 11:51

Azərbaycanın FIFA referisi Xorvatiya yığmasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb. 38 yaşlı hakim DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Farer adaları oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.