Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.11.2025 17:50

Cəbrayıla yeddi baş ceyran buraxılıb

Şirvan Milli Parkından götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib. Bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.