Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.11.2025 15:51

Məleykə Abbaszadə: "Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını Xankəndidə verəcəklər

“Əlillik dərəcəsi olan qazilərə təhsil və karyera istiqamətində irəliləmələri üçün dəstək göstərilməsi təmin edilir”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, 22 qazi artıq ali və orta ixtisas təhsilinə qəbul olunub, 8 nəfər isə hazırda təhsilini davam etdirmək üçün kurslara cəlb olunub. DİM sədri əlavə edib ki, 2025-ci ildən etibarən şəhid övladları üçün "Peşə seçimi" aləti təqdim olunub. Bu prosesə artıq Bakı üzrə 53, regionlar üzrə isə 95 şəhid övladı cəlb olunub. O, həmçinin Qarabağ Universitetindən söz açıb. Bildirib ki, iki ildən sonra Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını Xankəndidə verəcəklər.