Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.11.2025 13:57
Türkiyə hərbçiləri Bakıdakı paradda şəxsi heyət və 6 ədəd F-16 ilə keçid edəcək
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında uçuş edəcək. Sabah Mehtər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyasının orkestri birgə konsert proqramı olacaq. 8 noyabrda isə Türkiyə Prezident Qvardiyasının Mərasim Birliyi tərəfindən rəsmi yürüş keçiriləcək və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı ilə uçuş nümayişi təşkil olunacaq. Bu barədə Türkiyənin Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.
- Baxış: 75
