Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.11.2025 11:54

Şuşada və Xankəndidə hərbçilərin Zəfər yürüşü keçirilib

İşğaldan azad olunmuş Şuşa şəhərində Zəfər Gününün 5 illiyi ilə əlaqədar keçirilən hərbi yürüş başa çatıb. Qəhrəman Azərbaycan hərbçilərinin Bayraq meydanından başlayan yürüşü hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrut üzrə davam edib.

Xankəndi şəhərində də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi yürüş keçirilib. Şəhərin mərkəzi küçəsində hərbi orkestrlərin müşayiəti ilə təşkil olunan yürüş bayram ab-havası yaradıb. Azərbaycan Silahlı Qüvvələrinin hərbi orkestri tərəfindən yürüş boyu vətənpərvər musiqilər səsləndirilib. Tədbirdə üçrəngli bayraqlarımız dalğalanıb, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.

İşğaldan azad olunan Laçında Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar keçirilən hərbi yürüş başa çatıb. Qeyd edək ki, Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş yürüşlər Azərbaycanın digər bölgələrində də keçirilib.