Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.11.2025 10:29
FHN çayın dərəsində köməksiz vəziyyətdə qalan vətəndaşı xilas edib
Fövqəladə Hallar Nazirliyinə 2010-cu il təvəllüdlü yeniyetmənin ehtiyatsızlıq nəticəsində Gəncə çayının təxminən 10 metr dərinliyində olan dərəyə sürüşüb düşməsi və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi texniki vasitələrdən istifadə edərək vətəndaşı dərədən çıxarıb xilas ediblər.
- Baxış: 42
