Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.11.2025 10:18
Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə beynəlxalq əhəmiyyətli məsələləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Təbbun tərəfindən qəbul olunub. Görüşdə Azərbaycan və Əlcəzair arasında dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi və yeni istiqamətlər müzakirə edilib. Tərəflər siyasi, iqtisadi, enerji, təhsil və turizm sahələrində əlaqələrin inkişafına maraq göstəriblər. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi vurğulanıb. Əlcəzair Prezidenti İlham Əliyevin 2022-ci ildə bu ölkəyə səfərini xatırladaraq onun münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
- Baxış: 34
