Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.11.2025 10:22
Leyla Əliyeva "EcoMind 2025" konfransında iştirak edib
Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak edib. IDEA və Avropa Azərbaycan Məktəbinin birgə təşkil etdiyi tədbir uşaq və gənclər arasında ekoloji məsuliyyətin artırılmasına, yaşıl düşüncənin təbliğinə həsr olunub. Leyla Əliyeva çıxışında gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakı və təbiətin qorunmasında məsuliyyətin vacibliyini vurğulayıb. Konfransda 30 universitet, 20 dövlət və 21 özəl məktəbdən 450-dən çox nümayəndə iştirak edib.
- Baxış: 98
