Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanır
Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsindədir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. O bildirib ki, Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində intensiv iş aparır. Yeri gəlmişkən, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri bu gün Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşəcək Həkəri dəmir yolu stansiyası ilə tanış olublar. Diplomatik korpusun nümayəndələri burada görülən işlər, dəmir yolunun və stansiyanın tikintisi ilə bağlı həyata keçirilmiş və gələcəkdə görüləcək işlər barədə məlumatlandırılıb. Bildirilib ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin (TRIPP) tərkib hissəsi olacaq.
- Baxış: 137
