Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.10.2025 13:50
Gəncədə oftalmologiya sahəsinin inkişafı ilə bağlı müzakirələr aparılıb
Gəncədə Səhiyyə Nazirliyi, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə XIV Regional Oftalmologiya Konfransı keçirilib. Tədbirdə göz xəstəliklərinin müalicəsində yeni texnologiyalar, elmi tədqiqatların nəticələri və onların praktiki tibbi fəaliyyətə tətbiqi müzakirə olunub. Mütəxəssislər bildiriblər ki, bu cür tədbirlər bölgələrdə çalışan həkimlərin peşəkarlığının artırılmasına və oftalmoloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
- Baxış: 120
