Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.10.2025 11:59
Taksi sürücüləri üçün növbəti test imtahanı keçirəcək
Dövlət İmtahan Mərkəzi noyabrın 3-də taksi sürücüləri üçün növbəti test imtahanı keçirəcək.
İmtahanda 1680 nəfər iştirak edəcək. Sınaq Bakı və Gəncə şəhərlərində, iki növbədə təşkil olunacaq və 1 saat davam edəcək. Namizədlər buraxılış vərəqəsini DİM-in saytından çap etməli, imtahana şəxsiyyət vəsiqəsi ilə gəlməlidirlər. İmtahan zamanı sürücülərin etik davranışı və sərnişindaşıma qaydalarına dair 20 sual təqdim ediləcək. 10 və daha çox bal toplayanlar imtahanı uğurla keçmiş sayılacaq və 7 il müddətinə etibarlı şəhadətnamə alacaqlar.
- Baxış: 122
