Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			30.10.2025 10:17		
		Ağstafada bıçaqlanma, Lənkəranda isə xuliqanlıq hadisəsi baş verib
 
					  				Ağstafada  rayon sakini, 43 yaşlı E.Kiçikova kafedə bıçaq xəsarəti alıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Oktyabrın 28-də gecə saatlarında Lənkəran şəhəri ərazisində 3 nəfər sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb. Hadisə ilə əlaqədar 1993-cü il təvəllüdlü Alim Şükürzadə, 1990-cı il təvəllüdlü Elşad Məmmədov və 1989-cu il təvəllüdlü Elvin Quluzadə polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 50

