Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			28.10.2025 10:02		
		Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür
 
					  				İkinci Qarabağ müharibəsi dövründə Bərdənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür. 2020-ci ilin bu günündə düşmən şəhərin dinc əhalinin yaşadığı ərazilərini “Smerç” raketləri ilə atəşə tutub. Kaset bombalarından istifadə edilən hücum nəticəsində 20 mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-dən çox insan yaralanıb.
İkinci Qarabağ müharibəsi dövründə Bərdə ümumilikdə 3 dəfə — 5, 27 və 28 oktyabr tarixlərində hücuma məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, mülki obyektlərə böyük ziyan dəyib.
- Baxış: 80

