Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.10.2025 10:05
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında üçüncü olublar
Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında uğurlu çıxış ediblər. Yığmamız 2 qızıl və 1 bürünc medal qazanaraq, 93 xalla komanda hesabında üçüncü yeri tutub. Milli komanda medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Çempionatda Elmir Əliyev və Ziya Babaşov qızıl medal qazanaraq dünya çempionu olublar, Ruslan Nurullayev isə bürünc medalla kifayətlənib.
- Baxış: 43
