Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.10.2025 10:25
Milli Məclisin sədri Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb. Görüşdə Azərbaycan və Estoniya arasında dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Sahibə Qafarova Vaşinqton görüşü və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Marqus Tsahkna isə Azərbaycan Prezidentilə görüşündən danışaraq ölkəmizin regionda sülhün və əməkdaşlığın təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.
- Baxış: 32