Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.10.2025 15:32
AQTA məhdudiyyətin ət kəsimi və satışına təsir etməyəcəyini deyir

Ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, kəsim məntəqələrinin sayı bu gün 120-dən çoxdur və mövcud infrastruktur daxili tələbatı tam təmin edir. Qalib Əbdüləliyev vətəndaşlara yalnız rəsmi kəsim məntəqələrində kəsilmiş, baytarlıq möhürü və müşayiətedici sənədləri olan ət məhsullarını almağı tövsiyə edib. O, həmçinin oktyabrın 25-dən heyvan bazarlarında sağlamlaşdırma tədbirləri məqsədilə mərhələli məhdudiyyətlərin tətbiq ediləcəyini, bunun ət kəsimi və satışına təsir etməyəcəyini vurğulayıb.
- Baxış: 54