Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.10.2025 13:44

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Estoniya Xarici İşlər Naziri Marqus Tsahknanı qəbul edib. Görüşdə Azərbaycan- Ermənistan arasında sülh gündəliyi, Vaşinqton razılaşmaları və Naxçıvanla əsas hissə arasında nəqliyyat bağlantısı müzakirə olunub. Estoniya tərəfi Ermənistanın Azərbaycandan tranzit yolu ilə taxıl daşınmasına icazə verilməsini, ölkələrarası iqtisadi-ticari əlaqələrin inkişafını və Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərini vurğulayıb. Prezident İlham Əliyev isə Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində əldə olunan nəticələri və enerji, nəqliyyat bağlantıları perspektivlərini qeyd edib.