Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.10.2025 13:40

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

İnsanlar yaxınlıqda yeraltı və ya yerüstü piyada keçidi olduğu halda, sədləri aşaraq və ya yolun hərəkət hissəsinə çıxaraq öz həyatlarını təhlükəyə atırlar.Tələskənlik, diqqətsizlik və ya səhlənkarlıq  faciəvi nəticə ilə bitir. Piyada vurulması ilə nəticələnən hadisələrin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümünü nəzərə alaraq bir daha piyadalara müraciət edir: yolu yalnız piyada keçidlərindən keçin. Görünmə məhdud olduğu şəraitdə və qaranlıq vaxtı diqqətli olun, parlaq geyimlər geyinin. Qulaqlıqdan istifadə etməyin, yaxınlaşan avtomobillərin səsini eşidin.