Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.10.2025 11:38

Əsgər getməyə hazırlaşanların nəzərinə!

Artıq vətəndaşlar hərbi xidmətlə bağlı məlumat və bildirişləri “myGov” platformasından onlayn əldə edə bilirlər. Layihə Səfərbərlik Xidməti və İnnovasiya Agentliyinin birgə təşəbbüsüdür. “myGov” üzərindən ilkin qeydiyyat, möhlət hüququ, çağırışdan azadolma və digər məlumatlara baxmaq, sənədləri PDF formatında yükləmək mümkündür. Qurumdan bildirilib ki, məqsəd vətəndaş məmnunluğunu və şəffaflığı artırmaqdır.